Beynəlxalq təşkilat Dilqəm və Şahbazla görüşüb 16 Aprel 2018 01:00 Qarabağ xəbərləri -- hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri martın sonu və aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”. Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. Teqlər : #Beynəlxalq təşkilat Dilqəm və Şahbazla görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru O gül, … o çəkmələr …! Azərbaycanda 12 737 şəhid ailəsi var – Rəsmi açıqlama
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni