Beynəlxalq Məhkəmə İranı müdafiə etdi

Beynəlxalq Məhkəmə İranı müdafiə etdi

Beynəlxalq Haaqa Məhkəməsi (İCJ) ABŞ-ın İrana qarşı sanksiyalarının təxirə salınması ilə bağlı İranın iddiasını qəbul edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Beynəlxalq Haaqa Məhkəməsi İranın ABŞ-a qarşı qaldırdığı iddiasında, ABŞ-ın 1955-ci ildə iki ölkə arasında imzalanan İran-ABŞ Dostluq müqaviləsinə əməl etməməsi səbəbilə İrana qarşı sanksiyaların təxirə salınması üçün lazım olan tədbirlərin həyata keçirilməsi tələbini qəbul edib.
 
Məhkəmə ABŞ-ın İrana qarşı humanitar yardım ləvazimatlarına, xidmətlərinə və bunların transferi üçün istifadə edilən mülki aviasiyaya tətbiq etdiyi sanksiyaların ləğv edilməsi məsələsində tədbir görülməsi qərarını verib.
 
Məhkəmə, həmçinin bundan sonra iki tərəfin vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməli olduqlarına qərar verib. Qərara əsasən, məhkəmə prosesi ərzində İranın zərərə düşməsinin qarşısı alınacaq.
 
İranın ABŞ-a qarşı qaldırdığı iddia 8 oktyabrda başlayacaq və 5 gün davam edəcək. İlkin istintaq məhkəməsinin iclasında iki ölkənin müvəqqəti etiraz arqumentləri dinləniləcək.
 
Digər tərəfdən, məhkəmənin başa çatmasının 1-2 ili çəkə biləcəyi gözlənilir.

Google+ WhatsApp ok.ru