Beynəlxalq təşkilat Səudiyyədəki edamla bağlı bəyanat verdi

Beynəlxalq təşkilat Səudiyyədəki edamla bağlı bəyanat verdi

Əhli-beyt (ə) Beynəlxalq Asambleyası  bəyanat yayaraq Ali Səud rejiminin 33 şiə fəalı edam etməsini pisləyib və bu ölkədəki Əhli-beyt (ə) ardıcıllarına başsağlığı verib. 
 
Maide.Az xəbər verir ki,  Əhli-beyt (ə) Beynəlxalq Asambleyasının bəyanatında  bildirilir:
 
İnna lillah və inna ileyhi raciun 
 
“Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular." “Buruc” surəsi, ayə 8” 
 
 Ali Səud rejimi özünün Səudiyyə Ərəbistan xalqı və region xalqları o cümlədən Yəmən,  Suriya və İraq xalqları əleyhinə törətdiyi terror və təcavüz hərəkətlərinin davamında daha bir cinayətə imza atıb.  Belə ki,  bu cinayətkar rejim  30-dan çox mömin və müsəlman vətəndaşını başının kəsilməsi ilə edam edib.  Bu 33 günahsız şəxslər Qətif və Əş-Şərqiyyə bölgəsindən olan şəxslərdir ki, onlar  söz azadlığı və dinc yaşam  hüququ üçün  etiraz etmişdilər. 
 
Ali Səud rejimi öz cinayət əməllərini və özbaşnalığını  bundan öncə  də Hicaz yarımadasının məzlum xalqına qarşı, necə ki,  şəhid mücahid Şeyx Baqir Nimrə və Yəmən xalqına qarşı törədib.  Artıq 7 ilə yaxındır ki, Yəmən xalqı  Ali Səud rejiminin  cinayətlərinə şahiddir, bu rejim Yəməndə uşaqları, qadınları və yaşlıları qətlə yetirir. 
 
Əhli-beyt (ə) Beynəlxalq Asambleyası Səudiyyə Ərəbistanın Qətif,  Ehsa, Mədinə və digər bölgələrində yaşayan Əhli-beyt (ə) aşiqlərinin dərdinə şərik olduğumuzu bildirir və Səudiyyə Ərəbistanının günahsız və dəyərli vətəndaşları haqqında törədilmiş bu böyük cinayəti  pisləyirik. 
 
Dünyanın  azad düşüncəli insanların, elm adamlarına, beynəlxalq qurumlara və İslam Alimlərinə müraciət edərək istəyirik ki,  bu  terror cinayətini pisləsinlər.  Beynəlxalq ictimaiyyətdən istəyirik ki,  Ali Səud rejimi rəsmilərinə təzyiq göstərsinlər ki, öz vətəndaşlarına qarşı bu cür cinayətləri törətməkdən əl çəksin."

Google+ WhatsApp ok.ru