Beynəlxalq Atom Enerjisi Agentliyinin  baş direktoru vəfat edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəfat edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Yukiya Amano vəfat edib
 
Maide.Az  xarici KİV-ə istinadən xəbər verir ki, BAEA üzv ölkələrə məktub ünvanlayaraq 72 yaşlı yaponiyalı diplomatın vəfat etdiyini elan edib. 
 
Qeyd edək ki, Y.Amano 2009-cu ildən BAEA-nın Baş direktoru olub. Onun mandatı 2021-ci ildə başa çatmalı olsa da, artıq son dövrlərdə mühüm tədbirlərdən kənarda qalması Y.Amanonun səhhəti ilə bağlı şayiələrin artmasına səbəb olub.
 
Ümumilikdə 171 ölkənin, o cümlədən Azərbaycanın üzv olduğu BAEA-nın Baş direktoru 35 dövlətin təmsilçilərindən ibarət Müdirlər Şurası tərəfindən seçilir. BAEA nüvə silahlarının yayılmasına qarşı mübarizədə mühüm rol oynayır, eləcə də müxtəlif ölkələrin nüvə proqramları ilə bağlı öhdəliklərinin icrasına nəzarət edir.
 

Google+ WhatsApp ok.ru