Beynəlxalq Amnistiya dünya ölkələrini Səudiyyə rejiminə təzyiq etməyə səslədi

Beynəlxalq Amnistiya dünya ölkələrini Səudiyyə rejiminə təzyiq etməyə səslədi

Beynəlxalq Amnistiya təşkilatı insan haqları fəallarına qarşı müdaxilələrə son qoyulması üçün Səudiyyə rejiminə təzyiq edilməsini istəyib.
 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı bəyanatında belə qeyd edib: “Səudiyyə rəsmiləri hüquq sahəsində təkmilləşdirmələr etmək əvəzinə, insan haqları fəallarına təzyiq etməyi üstün tuturlar.
 
Səudiyyə rejimi üzərində təsiri olan ABŞ, Böyük Britaniya və Fransa kimi, ölkələr bu məsələdə çox dərin bir sükuta qərq olublar. Beynəlxalq cəmiyyət Səudiyyə Ərəbistanında insan haqları fəallarına qarşı təzyiqə göz yummamalıdır.
 
Digər ölkələrin də Kanada ilə birləşərək, bütün əqidə cinayətlərini şərtsiz bir şəkildə azadlığa buraxılması məsələsində Səudiyyə rejimi üzərindəki təzyiqi artırmasının vaxtı gəldi”.
 

Google+ WhatsApp ok.ru