Beynəlxalq heyət Səudiyyə Ərəbistanın Hərəmeyn – Şərifeyni idarə etməsinə nəzarət edəcək 10 Yanvar 2018 02:00 Dünya -- Heyət müqəddəs məkanlardan siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almağa çalışacaq Səudiyyə Ərəbistanın "Hərəmeyn – Şərifeyn" və vəhy diyarındakı müqəddəs və tarixi məkanları necə idarə etməsinə nəzarət üzrə Malayziyada beynəlxalq bir heyət yaradılıb. Maide.Az xəbər verir ki, bu barədə“Əl Cəzirə” kanalı məlumat yayıb. Beynəlxalq heyət özünün ilk bəyanatında müqəddəs məkanlardan siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almağa çalışacağını bildirib. “Beynəlxalq Nəzarət Heyəti Məkkə və Mədinə şəhərlərinin İslam mahiyyətinin məhv edilməsinin qarşısını almaq üçün yollar tapmağa çalışacaq. Beynəlxalq heyət Səudiyyə Ərəbistanın zəvvarlar və hacıların sağlamlığına mənfi təsir göstərən birtərəfli rəftarlarını önləməyə, tutarlı səbəb olmadan müqəddəs məkanların qapılarının zəvvaraların üzünə bağlanılmasına mane olmağa xidmət edəcək.” Məlumata görə, beynəlxalq nəzarət heyətinin həmçinin Səudiyyə Ərəbistanın İslam ölkələri arsında həcc kvotalarının bölüşdürülməsində ədalətə riayət etməsindən və dini mərasimləri siyasiləşdirməməsindən əmin olmaq istiqamətində də tədbirlər görəcəyini bildirilib. Nəzarət heyəti həmçinin son 100 ildə Səudiyyə Ərəbistanın müqəddəs məkanlardan öz siyasi məqsədləri üçün istifadə etməsi haqqında və baş vermiş qanun pozuntuları haqqında araşdırmalar aparacaq və öz tövsiyyələrini verəcək. Teqlər : #Beynəlxalq heyət Səudiyyə Ərəbistanın Hərəmeyn – Şərifeyni idarə etməsinə nəzarət edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü Çinin uyğur müsəlmanlarına qarşı zülümü “Washington Post”da
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO