Beynəlxalq Müsəlman Film Festivali öz işinə başladı

Beynəlxalq Müsəlman Film Festivali öz işinə başladı

Beynəlxalq Müsəlman Film Festivali Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazanda öz işinə başladı.
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Festivalın açılışında İranlı rejissor Məcid Məcidinin "Məhəmməd-Allahın Elçisi" filminin mətbuat nümayişi oldu.
 
Rusiya və dünya ictimaiyyətinin müsəlmanlar və İslam haqqında düzgün məlumatlandırılması və obyektiv fikir sahibi ola bilməsi məqsədilə həyata keçirilən festivalda bu il 33 ölkədən 60 film müsabiqəyə qoşulacaq.
 
Festivalda jürinin sədri rus rejissoru Aleksandr Proşkin, jüri  üzvləri isə Sıddıq Barmaq, Usman Sapparov, Yusup Razıkov və Valeriy Sevastyanov olacaqlar.
 
Festival sentyabrln 11-də sona çatacaq.
 

Google+ WhatsApp ok.ru