Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın üzvlüyünü dayandırdı

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın üzvlüyünü dayandırdı

-- Rusiya tərəfi müstəqil testlərlə bağlı 15 milyon dollar ödəməlidir

Dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Lozannada Rusiyanın Olimpiya Komitəsinin və qurumun rəhbəri Aleksandr Jukovun üzvlüyünü dayandıran qərar qəbul edib.
 
O cümlədən, Rusiya tərəfi araşdırmalarla, müstəqil testlərlə bağlı 15 milyon dollar ödəməlidir.
 
Səbəb Rusiya idmançılarının dopinqdən istifadə etmələridir.
 
Məlumatı lenta.ru yayıb.
 
Rusiya Olimpiya Komitəsinin rəhbəri Aleksandr Jukov BOK İcraiyyə Komitəsinin qarşısında üzr istəyib.
 
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib.
 
Tomas Bax deyib ki, Rusiya Olimpiya Komitəsinin rəhbəri A.Jukov üzrxahlıq ifadə edib. Tətbiq olunan sanksiya İcraiyyə Komitəsinin qərarıdır”.
 
Qərara görə, Rusiya idmançıları 2018-ci il Qış Olimpiyadasında iştirak etməyəcəklər, lakin onlara Olimpiya bayrağı altında iştirak icazəsi veriləcək.
 

Google+ WhatsApp ok.ru