Beynəlxalq Qırmızı Xaç Komitəsindən Yəmənlə bağlı xəbərdarlıq

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Yəmənlə bağlı xəbərdarlıq

-- “Yəmən xalqı aclıqdan ölüm ayağındadır”

Beynəlxalq Qırmızı Xaç Komitəsi  min gündən artıq Səudiyyə rejiminin başçılıq etdiyi hərbi qüvvələrin amansız hücumlarına məruz qalan Yəmən xalqının dözülməz şəraiti ilə bağlı xəbərdarlıq edib.  
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Yəməndə  insanların acınacaqlı vəziyyətə düşməsinə səbəb bu ölkəni davamlı mühasirədə saxlanması və  ölkəyə olunan hücumların nəticəsidir. 
 
Beynəlxalq Qırmızı Xaç Komitəsi  öz rəsmi  Tvitter səhifəsinə “Yəmən aclıqdan ölüm ayağındadır.  Hər 10 yəmənlidən  6 nəfəri  yeməyə nəsə tapa bilmir” mesajını yazıb.
 
Qeyd edək ki, bir müddət öncə  Ənsarullah lideri  Seyid Əbdül Malik Husi  Səudiyyə rejiminin Yəmənə 1000 günlük hərbi təcavüzü haqqındakı çıxışında bildirmişdi ki, mülki vətəndaşlar və infrastruktura hücumlar qəsdən  törədilir.  Amerika və sionist rejim Səudiyyəni dəstəkləyir. 
 
O əlavə etmişdi ki, Səudiyyə Ərəbistanı bu cinayətləri Yəmən xalqının iradəsini qırmaq və  yaşam ümidini sındırmaq üçün edir. 
 
Xatırladaq ki, dəfələrlə Beynəlxalq yardım fondları  Yəməndə dinc əhalinin  aclıq, qıtlıq və xəstəliyə məruz qalması ilə bağlı xəbərdarlıqlara məhəl qoymur.Yalnız son iki həftə ərzində Yəmənin bombalanmaı nəticəində yüzlərlərlə dinc sakin öldürülüb və xəsarət alıb.

 

Google+ WhatsApp ok.ru