Beyrutda baş verən  güclü partlayışda ölənlərin sayı 70 nəfərə çatıb - VİDEO/YENİLƏNİB

Beyrutda baş verən güclü partlayışda ölənlərin sayı 70 nəfərə çatıb - VİDEO/YENİLƏNİB

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda ölənlərin sayı 70 nəfərə çatıb.

 
Maide.Az xarici KİV-ə iatinadla xəbər verir ki, bunu Livan Qırmızı Xaç Təşkilatı yayımladığı məlumatda bildirib.
 
Digər məlumata görə, Livan Səhiyyə Nazirliyi bəyanat yayaraq 400 nəfərin yaralandığını və Beyrut xəstəxanalarında artıq yaralıları qəbul etmək üçün yer qalmadığını açıqlayıb.
 
Livan Səhiyyə Nazirliyi ətraf bölgə xəstəxanalarının yaralıları qəbul etmək üçün hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti isə Beyrutdakı partlayış zamanı 2,2 min nəfərdən çox insanın xəsarət aldığını bildirib. 
 
*****
Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.
 
Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.
 
 “Al Arabiya” telekanalı məlumat yayı ki, Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.
 
“Bir qədər əvvəl Livan paytaxtının limanında pirotexnika anbarında baş vermiş partlayış bölgəsində altı nəfərin cəsədi tapılıb”, - deyə telekanalın məlumatında deyilir.
 

 

Google+ WhatsApp ok.ru