Beyrutda limanda yenə yanğın olub (VİDEO)

Beyrutda limanda yenə yanğın olub (VİDEO)

Livanın paytaxtı Beyrutda limanda yenidən yağın olub.
 
Məlumatı “Haberturk” yayıb.
 
Bildirilib ki, yanğının tüstüsü şəhərin müxtəlif yerlərindən görünür. Yanğının səbəbi ilə bağlı heç bir informasiya yayılmayıb.
 
Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 190 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq ammonium - nitrat və digər maddələrin yanması partlayış yaranıb.
 

Google+ WhatsApp ok.ru