Beyrutda sionistlərə casusluq edən ABŞ vətəndaşı həbs edilib

Beyrutda sionistlərə casusluq edən ABŞ vətəndaşı həbs edilib

Livan təhlükəsizlik qüvvələri bazar günü axşam ABŞ jurnalistini sionist rejiminə casusluqda ittiham edərək həbs edib.

 
Əl-Mayaden təhlükəsizlik mənbələrinə istinadən verilən xəbərə görə, adı açıqlanmayan bir amerikalı jurnalist, Beyrutun mərkəzində Livan parlamenti ətrafında baş verən qarşıdurmanı videoya çəkərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.  
 
O Amerikalı jurnalisti çəkdiyi video görüntüləri İsrailin “Haaretz” qəzetinə göndərdiyi bildirilir. Livandakı etiraz aksiyalarının 95-ci günü, bazar günü - yüzlərlə nümayişçilər Əl Nəcmə, Əl Şahoda, Ər-Riyad Əl Salih və Beyrutdakı Əl Hamraa küçəsinə qayıdıb. Nümayişçiləri dağıtmaq üçün polis və silahlı qüvvələr dəyənək, su təzyiqindən, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
 
Münaqişə başlamazdan əvvəl mühafizə qüvvələri səs gücləndiricidən istifadə edərək, etirazçılara dinc nümayişləri zorakılığa çevirməməyə çağıraraq, daş atmaq, yolları bağlamaq, avtomobil şinləri və zibil qutularını yandırmaq kimi zorakı hərəkətlərə qarşı qanuna uyğun olaraq addımlar atılacağı haqda xəbərdarlıq etmişdir. / Deyerler.org  

Google+ WhatsApp ok.ru