Beyrut sərgisində 18-ci əsrə aid Quran nüsxəsi

Beyrut sərgisində 18-ci əsrə aid Quran nüsxəsi

Fələstinli bir tacirin Beyrutda təşkil etdiyi qədim əlyazma nüsxələr sərgisində Afrikalı bir cavanın kitabət etdiyi Quran nüsxəsi də sərgi ziyarətçilərinin maraq nöqtəsində olub.
 
Maide.İnfo xəbər verir ki, Beyrutun "ən-Nimr" mədəniyyət mərkəzinin rəisi Rami ən-Nimr, Beyrutda ərəbcə xəttatlıq və hüsnxətt mövzusunda sərgi təşkil edib.
 
Rami ən-Nimrin bu barədə dediyinə görə, bu sərgi cari ilin aprel ayında başlayıb və oktyabr ayınadək davam edəcəkdir.
 
O əlavə edib: "Bu sərgidə İslam dünyasının ərəb dilində yazılmış ən qədim əlyazma, xəttatlıq və hüsnxətt nümunələri nümayiş olunur. Sərgiyə düzülən eksponantlar öz şəxsi kolleksiyama aiddir və mən bunları dünyanın müxtəlif ölkələrində yaşayan müxtəlif kolleksiyonerlərdən almışam".
 
Bu fələstinli tacirin Beyrutda təşkil etdiyi qədim əlyazma nüsxələr sərgisində tarixin müxtəlif dövrlərini əhatə edən ərəb dili xəttatlıq nümunləri ilə birgə afrikalı qaradərililərin qul kimi satıldığı bir zamanda, yəni on səkkizinci əsrdə və quldarlıq dövründə yaşayan afrikalı bir cavanın 1740-cı ildə kitabət etdiyi nadir Quran nüsxəsi də sərgi ziyarətçilərinin maraq nöqtəsində olub.
 
Nimrin dediyinə görə, bu afrikalı cavan əvvəlcə amerikalı bir tacirə qul olaraq satılır. Sonra isə qul olduğu evdən qaçır və nəticədə tutularaq həbs edilir. O, həbsdə olduğu müddətdə Quran-Kərimi kitabət edir və öz şəkilini də həmin Quranın ilk səhifəsinə çəkir.
 
فردا//قرآن متعلق به دوره برده‌داری در نمایشگاه بیروت + عکس 
Rami ən-Nimr Beyrutda anadan olsa da əslən fələstinlidir. Onun ailəsi Fələstin torpaqları işğalçı İsrail rejimi tərəfindən işağı edildikdən sonra Livanda məskunlaşıblar.
 
Qeyd edək ki, avropalılar Amerika qitəsini istemar etməyə başladıqları vaxtdan afrikalıları qul kimi mədən və əkin sahələrində işlətməyə başladı. Miladın 16 və 18-ci əsrlərində 15 milyondan çox afrikalı Amerikaya gətirilərək qul bazarlarında satıldı. 1779-1790-cı illər Amerika və İngiltərədə qul ticarətinin ən çox vüsət aldığı dövrdür. Və təəssüflər olsun ki, qaradərililərin qul kimi alınıb-satılması və bir qarın çörəyə işlədilməsi bu gün də davam edir. (iqna)
 
فردا//قرآن متعلق به دوره برده‌داری در نمایشگاه بیروت + عکس

Google+ WhatsApp ok.ru