BEYTÜL-ƏHZAN

BEYTÜL-ƏHZAN

Ulu Tanrıya şükr edib həmd söyləmək, eləcə də Həzrəti Mühəmməd (s) və onun pak Ailəsinə salavat və salam göndərmək insanların doğru yola hidayət olunmasında ən başlıca amillərdən biridir.
Dünya xanımlarının xanımı, məsum İmamlarımızın anası Həzrəti Fatimeyi-Zəhranın (səlamullahi əleyha) həyatından bəhs edən bu kitabı biz dörd hissəyə və hər  hissəni də bir neçə bölməyə ayırmışıq.
Birinci hissə Həzrəti Fatimənin (s.ə) təvəllüd tarixi, adı və o xanımın müxtəlif ləqəblərlə adlandırılması səbəblərindən bəhs edir.
İkinci hissədə  o Xanımın əxlaqi dəyərləri, eləcə də Həzrəti Əli (s.ə) ilə evlənməsindən söz acılır.
Kitabın üçüncü hissəsində Peyğəmbərin (s) vəfatından sonra baş vermiş hadisələrdən,  Xanım Fatimənin (s.ə) alovlu nitqləri, özünü müdafiə etməsi və bu barədə qeyd olunmuş bir sıra mətləblərdən bəhs edilir.
Nəhayət, dördüncü hissə Həzrəti Fatimənin (s.ə) atası Peyğəmbərin (s) vəfatından sonra çəkdiyi iztirab və müsibətlərlə, onun Həzrəti Əliyə (ə) vəsiyyəti, eləcə də o böyük qadının ömrünün son günlərində baş vermiş hadisələrlə zəngindir.
 

Google+ WhatsApp