Beytulmuqəddəsdə fələstinlilərin həbsi davam edir

Maide.az-ın məlumatına görə, Livanın "Əlməyadin" saytı xəbər verir ki, sionist rejim həbrçiləri Beytulmuqəddəsdə Əltur fələstinli kəndinə hücum edərək, üç fələstinli gənci həbs ediblər.
 
Sionist rejim həbrçiləri həmçinin cümə axşamı günü İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə hücum edərək, azı otuz fələstinlini həbs ediblər. 
 
Digər tərəfdən, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas Beytulmuqəddəsdə bir sionist hərbçiyə hücumu dəstəklədiyini bildirib.
 
Qeyd edək ki, bir fələstinli sionist rejimin cinayətlərinə cavab olaraq cümə axşamı günü Beytulmuqəddəsdə soyuq silahla sionist hərbçiyə hücum etmişdi. 
 
Həmas-ın sözçüsü Sami Əbuzəhri sionist rejimin Beytulmuqəddəsdəki yəhudiləşdirmə siyasəti ilə mübarizə aparılmasını istəyib.
 
Sionist rejim daim fələstinliləri Beytulmuqəddəsdən köçməyə məcbur edərək, bu şəhərin əhali balansını sionistlərin xeyrinə dəyişdirmək niyyətindədir.

Google+ WhatsApp ok.ru