`Beşiktaş` klubu xorvatiyalı futbolçu ilə müqavilə imzalayıb

`Beşiktaş` klubu xorvatiyalı futbolçu ilə müqavilə imzalayıb

Müqavilə müddəti 3.5 ildir
 
Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mərkəz müdafiəçisi Matey Mitroviçlə 3.5 illik müqavilə imzalanıb.
 
Vətənində "Riyeka" klubunda çıxış edən 24 yaşlı arxa xətt oyunçusu İstanbul təmsilçisinə 4 milyon 200 min avroya başa gəlib. Futbolçu yeni komandasında cari mövsümdə 600 min, növbəti 3 mövsüm üçün 1 milyon 200 min avro qazanacaq.
 
Bundan əlavə "Beşiktaş" Mitroviçə oynadığı hər oyunda qazanılan xala görə, 4 min avro ödəyəcək. /

Google+ WhatsApp ok.ru