BŞİH Milli Şuranın mitinqinə razılıq verdi

BŞİH Milli Şuranın mitinqinə razılıq verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 11-də, saat 17:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilib.

AXCP sədri Əli Kərimli facebook səhifəsində xalqı meydana səslədi:

“Nəhayət, mitinqimiz Bakı Meriyası ilə razılaşdırıldı. Milli Şuranın mitinqi 11 sentyabr saat 17.00-da, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq. Dostlar, hakimiyyət mitinqə razılığı maksimum ləngitdi ki, mitinq hazırlığına mane olsun. İndi mitinqə iki günümüz qalıb. Ölkədə hakimiyyətə iradı, sualı, etirazı olan hər bir şəxsi mitinqə dəvət edirik. İndi 11 sentyabr mitinqini izdihamlı keçirməklə, hakimiyyəti anti – xalq siyasətindən imtinaya, xalqla hesablaşmağa məcbur edə bilərik. 11 sentyabr mitinqi xalqın hakimiyyətə dinc, lakin kütləvi etirazını bildirməsi üçün çox mühüm bir fürsətdir. Bu imkanı dəyərləndirməliyik. Söz də, meydan da millətindir!” (azadliq.info)

Google+ WhatsApp ok.ru