Bibiheybət yolunun bir hissəsi bağlanacaq

Bibiheybət yolunun bir hissəsi bağlanacaq

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolu (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlər yenidən rənglənir. Bu məqsədlə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq.
 
Bu barədə virtualaz.org-a BNA-nın mətbuat xidmətindən məlumat verilib.
 
Rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.
 

Google+ WhatsApp ok.ru