Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında

Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında

-- Dünyanın ən gözəl 53 məscidi haqqında kitab hazırlanıb

Məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Bibiheybəti xüsusi vurğulayıb.
 
Maide.Az bidlrir ki, Trend-in məlumatına görə, jurnal dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın Gözəlliyi" kitabının əsasında hazırlayıb.
 
Azərbaycandan olan dizayner Leyla Uluxanlının müəllifi olan kitab dünyanın ən gözəl 53 məscidindən bəhs edir.
 
Məqalədə ecazkar məscidlər arasında Parisin Böyük Məscidi (Fransa), Şeyx Lütfullah Məscidi (İsfahan, İran), Qaraviyyin Məscidi (Fəs, Mərakeş), Qroznının ürəyi ( Əhməd Kadırov məscidi) (Çeçenistan), Şeyx Zayed məscidi kompleksinin (Abu Dabi, BƏƏ) adı çəkilir.
 
Azərbaycanın paytaxtı Bakıda yerləşən Bibiheybət məscidi Həzrət İmam Kazimin (ə)  qızı Həzrət Həkimənin (s) müqəddəs məzarı üzərində Şirvanşahlar zamanında tikilib. Bu məscid 1936-cı ildə bolşeviklər tərəfindən dağıdılıb. 1990-cı illərdə isə məscidin  yenidən tikintisinə başlanılıb və tikinti işləri 1997-ci ildə başa çataraq  tam istifadəyə verilib. 
 

Google+ WhatsApp ok.ru