Bibiheybət məscidindən şəhərə gedən yol bağlandı

Bibiheybət məscidindən şəhərə gedən yol bağlandı

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb.
 
Maide.Az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin edilib. Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 

Google+ WhatsApp ok.ru