Bişkekdə  Quran tilavəti və iftar süfrəsi - FOTO

Bişkekdə Quran tilavəti və iftar süfrəsi - FOTO

Dünya müsəlmanları mübarək Ramazan ayında  müxtəlif adət-ənələrlə bu ayın sevincini yaşayırlar. 
Maide.Az  xəbər  verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən İmam Əli (ə) adına məscidin də hər gün  şam və işa namazından öncə  Quran tilavət olunur.   Məscidin ruhanilərindən Kərbəlayi Azad  dindarlara Quran tilavətindən sonra dini məsələləri  və əhkamı  bəyan edir.  Məscidin axındu Hacı İlqar imaməti  ilə şam və işa namazı qılınır, dualar oxunur və daha sonra oruc tutanlar üçün iftar süfrəsi açılır.İftardan sonra Hacı İlqar əxlaqi mövzularda 10-15 dəqiqəlik çıxış edir.
 
Mərasimdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri  o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak edirlər. 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru