Bişkekdə Türkiyə təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb -YENİLƏNİB - FOTO- VİDEO

Bişkekdə Türkiyə təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb -YENİLƏNİB - FOTO- VİDEO

10:15

Qırğızıstan FHN-nin son məlumatına qəza nəticəsində 37 nəfər ölüb. 

 
08:44
 
Bişkekdə yaşayış bölgəsində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.  
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ölənlərdən ən az 6 nəfəri uşaqlardır. 
RİA Novosti agentliyi bildirib ki, qəza nəticəsində təyyarənin 3 ekipajı da həlak olub. 
Ölənlərin əksəriyyətinin  yaşayış binalarında məskunlaşan sakinlər olduğu bildirilir. 
 
***
Qırğızıstanın paytaxtı Bişkekdə Honkonqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.
 
Bişkek yaxınlığında qəzaya uğrayan təyyarə Turkish Airlines şirkətinə məxsus idi.  
 
Bildirilir ki, təyyarə saat 7:25 eniş etməli idi.  Qəza pis hava şəraiti səbəbindən baş verib.
 
 

 

Google+ WhatsApp ok.ru