Bişkekdə `Məbəs` bayramı tədbiri keçirilib - FOTO

Bişkekdə `Məbəs` bayramı tədbiri keçirilib - FOTO

Ötən gün Qırğızıstanın paytaxtı Bişkekdə İslam peyğəmbərinin (s) peyğəmbərliklə vəzifələndiyi gün münasibəti ilə "Məbəs" bayram tədbiri keçirilib. 
 
Maide.Az xəbər verir ki, İmam Əli (ə) adına məsciddə yerli vaxtla 19:00 -da təşkil olunan məclisdə ilk öncə Quran tilavət olunub. 
 
Sonra məscidin imamcamatı höccətül-islam Hacı İlqar Peyğəmbərin(s) besətinin fəlsəfəsi və zərurətindən danışıb.
 
Daha sonra məğrib və işa namazı qılındı. Namazdan sonra Məbəs bayramı münasibətilə müsabiqə icra olunub. Suallara düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.  
 
Tədbirdə Qırğızıstanda yaşayan azərbaycanlılarla yanaşı, həm də bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli-Beyt (ə) aşiqləri, o cümlədən İran və əfqanıstanlı şiələr iştirak edib. 
 
Məclisdə böyük coşqu ilə Peyğəmbər (s) və Əhli-Beytin (ə) şəninə şeir və ilahilər səsləndirilib. 
 
Bayram tədbiri ziyafət süfrəsi ilə yekunlaşıb.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru