Bişkekdə etiraz mitinqi

Bişkekdə etiraz mitinqi

Qırğızıstan “Ata Məkan” partiyasının həbsdə olan lideri Omurbek Tekebaevin tərəfdarları və partiyadaşları Bişkek şəhər məkəməsinin qarşısında etiraz aksiyasına çıxıblar.
 
Azadlıq Radiosu Qırğızıstan xidmətinin mayın 5-də yaydığı məlumatına görə, onlar Tekebaevin azad olunmasını tələb edirlər.
 
Tekebaev 2017-ci il fevralın 26-da rusiyalı biznesmen Leonid Maevskinin iddiası əsasında həbs olunub.
 
O, 2010-cu ildə “Meqakom” şirkətinin səhmlərinin alınmasına görə Tekebaevə 1 milyon dollar verdiyini iddia edir.
 
Pervomaysk rayon məhkəməsi aprelin 21-də Tekebaevin həbs müddətini mayın 25-dək uzadıb.
 
Vəkilləri qərardan apellyasiya şikayəti veriblər.
 
Tekebaev korrupsiyada ittiham olunur.
 
İşin siyasi motivli olduğunu deyən “Ata Məkan” partiyasının üzvləri Tekebaevin azad olunmasını tələb edirlər.
 

Google+ WhatsApp ok.ru