Bişkekdə ‘İslam və Pravoslaviya - Dünyanın Dinləri’ adlı beynəlxalq konfrans keçiriləcək

Bişkekdə ‘İslam və Pravoslaviya - Dünyanın Dinləri’ adlı beynəlxalq konfrans keçiriləcək

Noyabrın 21-də Qırğızıstanın paytaxtında "İslam və Pravoslaviya - Dünyanın Dinləri" adlı beynəlxalq konfrans keçiriləcək.
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, burada Rusiya, Qırğızıstan və digər Orta Asiya ölkələrindən dövlət orqanlarının, dini qurumların, akademik və ekspert birliyinin nümayəndələri iştirak edəcək.
 
Konfransın proqramında deyildiyi kimi, konfransda postsovet məkanında İslam və Pravoslav Xristianlığı arasındakı qarşılıqlı fəaliyyət sahəsindəki tarixi proseslər və mövcud vəziyyət təhlil ediləcək. 
 
İki dinin ortaq mənəvi və mədəni dəyərləri, sülh və barışıq və inteqrasiya proseslərinin inkişafındakı yeri və rolu müzakirə ediləcək.

Google+ WhatsApp ok.ru