Bişkeki biznesmenlər və deputatların qohumları idarə edəcək ?

Bişkeki biznesmenlər və deputatların qohumları idarə edəcək ?

Bişkekin şəhər şurası yanvarın 11-də mer seçkilərinə hazırlaşır.
 
Hazırkı mer Albek İbrahimovun qələbəyə şansı daha böyükdür.
 
Şəhər meriyasında koalisiya yaradan Sosial-demokrat, “Respublika-Ata Yurd” və “Qırğızıstan” partiyalarının fraksiyaları indiki mer Albek İbrahimovun namizədliyini veriblər.
 
Azlıqda olan “Onuquu-Tərəqqi” fraksiyası isə bu vəzifəyə keçmiş deputatNurdin Abdıldaevin namizədlini verib.
 
Bu arada meriyanın yeni tərkibi ölkədə böyük müzakirələrə səbəb olub.
 
Çünki onların böyük əksəriyyəti biznesmenlər və deputatların qohumlarıdır.
 
İctimaiyyətdə belə bir narahatlıq yaranıb ki, iş adamlarının deputatlıq fəaliyyəti maraqların toqquşmasına səbəb ola bilər.
 
AzadlıqRadiosu Qırqızıstan xidmətinin məlumatına görə, şəhər şurasındakı 45 yerdən 15-ni sosial-demokratlar tutur və onıardan ikisinin hardasa 80-ə yaxın yaşı var.
 
Bu fraksiyanın qalan deputatları isə iri tikinti şirkətlərinin rəhbərləri, tanınmış biznesmenlər və onların qohumlarıdır.
 
İctimai fəal Kaliça Umuraliyeva şəhər şurası üzvlərinin əksəriyyətinin biznesmenlərdən ibarət olmasını kəskin tənqid edir və hesab edir ki, onlar şəhərə yaxşı heç nə gətirməyəcəklər.
 
Umuraliyeva deyir ki, onlar şuraya öz maraqlarını qorumaq və torpaq məsələlərini həll etmək üçün gəliblər.
 
O hesab edir ki, şəhər şurasına biznesmenlər yox, şəhərin problemlərini yaxşı bilən insanlar gəlməlidir.
 
Onun bu mövqei ilə sosial-demokratların üzvü Renat Samudinov da razılaşır.
 
O da hesab edir ki, biznesmenlər şuraya , yalnız öz maraqlarını qorumaq üçün gəliblər.
 
Samudinovun sözlərinə görə, bu seçkilərdə deputat mandatının qiyməti təxminən 200 min dollar olub.
 
2010-cu ildən bu yana Bişkek meri 3, şəhər şurasının tərkibi isə 2 dəfə dəyişib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru