Bişkek meri yenə istefa verdi

Bişkek meri yenə istefa verdi

Qırğızıstanın Bişkek şəhər meri Əziz Surakmatov istefa verib.
 
Bu barədə 24.kg agentliyi meriyaya istinadən məlumat yayıb.
 
Oktyabrın 6-da Surakmatovun istefası ilə bağlı xəbər yayılsa da o, iki gün sonra vəzifəsinə qayıtmışdı.
 
Ölkənin birinci vitse-meri Nəriman Tyuleyev onun vəzifəsini icra edəcək.
 
Qanuna görə, Bişkek meri şəhər şurasının (Keneş) deputatları tərəfindən seçilir.
 
Qeyd edək ki, 2013-cü ildə Tyuleyev Bişkek meri olduğu zaman korrupsiya ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə ağır rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum olunub.
 
2016-cı ildə amnistiyaya düşüb və dövlətə 30 milyon som (375 min dollar) məbləğində dəyən ziyanı ödədikdən sonra sərbəst buraxılıb.
 
O, 2008-2010-cu illərdə Bişkekin meri vəzifəsində çalışıb.
 

Google+ WhatsApp ok.ru