Biləcərinin bərbad yolu - Bu yol sürücüləri əlavə xərcə salır (VİDEO)

Biləcərinin bərbad yolu - Bu yol sürücüləri əlavə xərcə salır (VİDEO)

Hər gün yüzlərlə sürücünün istifadə etdiyi yol bərbad vəziyyətdədir. Çala-çuxurla dolu bu yoldan keçdikdə avtomobillər sıradan çıxır. Bu azmış kimi, ətrafı toz-duman da bürüyür.
 
Söhbət Binəqədi rayonunda ''DSK'' adlandırılan ərazidən keçən yoldan gedir.
 
Problem bir neçə kilometr ərazini əhatə edir. Yoldan mütəmadi istifadə edən sürücülərin sözlərinə görə, bir neçə ildir bu hal yaşanır.
 
Yolun belə vəziyyətdə olması sürücüləri əlavə xərcə salır. Xüsusilə də yağışlı havalarda yolda əmələ gələn gölməçələr vəziyyəti daha da ağırlaşdırır.
 
Avtomobillər keçdikdə havaya qalxan toz isə yolun kənarındakı obyektlərin işini dözülməz edir.
 
Məsələ ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, Biləcəri-Binəqədi yolu yenidən qurulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb.
 

Google+ WhatsApp ok.ru