Biləcəri və Xırdalan elektrik qatarı stansiyalarının görüntüləri yayılıb

Biləcəri və Xırdalan elektrik qatarı stansiyalarının görüntüləri yayılıb

Hazırda stansiyalarda son tamamlama işləri görülür
 
Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarları Biləcəri və Xırdalan stansiyalarında da dayanacaq. Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib: "Bununla bağlı hazırlıq işləri artıq başa çatmaq üzrədir". 
 
Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.
 
Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib. /
 

Google+ WhatsApp ok.ru