Biləsuvar rayonunda şagird məktəbdə ölüb - SƏBƏB

Biləsuvar rayonunda şagird məktəbdə ölüb - SƏBƏB

-- 6-cı sinif şagirdi

Biləsuvar rayonunda şagird məktəbdə ölüb.
 
Rayonun Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.
 
Reportun məlumatına görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Lakin onun qıcolmadan əziyyət çəkdiyi bildirilir.
 
Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsində müayinə edilir. 
 
İlkin məlumata görə, onun ölümünə qıcolma səbəb olub. 
 
Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib, onun dili qatlanıb, daha sonra isə vəfat edib. 
 
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru