Biləsuvar gömrük postunun yaxınlığındakı dayanacaqda 6 avtomobil yanıb

Biləsuvar gömrük postunun yaxınlığındakı dayanacaqda 6 avtomobil yanıb



Biləsuvar rayonunda gömrük postunun yaxınlığında yerləşən dayanacaqda 6 avtomobil yanıb.
 
Maide.Az  xəbər verir ki,  "Report"un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində 2 ədəd “Hyundai”, 2 ədəd “VAZ”, 1 ədəd “Mercedes” və 1 ədəd “Mitsubishi” markalı minik avtomobilləri yanıb.

Yanğın zamanı həmçinin taxtadan ibarət köşk də yanıb. Yanğın Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvələri cəlb edilərək söndürülüb.


Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru