Biləsuvar sakini qarpızdan zəhərlənərək ölüb

Biləsuvar sakini qarpızdan zəhərlənərək ölüb

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub. 
 
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. 
 
Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub. 
 
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru