Biləsuvar icra hakimiyyətinin önündə narazılıq

Bugün, mayın 4-də bir qrup yerli sakinin Biləsuvar Rayon İcra Hakimiyyətinin önündə toplaşdıqları bildirilir.
 
Bu barədə "Turan" agentliyinə rayon sakinlərinin özləri məlumat verib. Onların sözlərinə görə, yüzə yaxın insan icra hakimiyyətinin önünə sosial yardım tələb etmək məqsədilə toplaşıb.
 
Verilən məlumata görə, aksiya iştirakçıları maddi vəziyyətlərinin pis olduğunu bildiriblər. "Əhali acından ölür. Vəziyyət pisdir. Qoy hamı görsün, nə zülm edirlər bizə", - yerli sakinlərdən biri vurğulayıb.
 
Qeyd edildiyinə görə, aksiya iştirakçıları icra hakimiyyətinin binasına keçmək istəyiblər, ərazidə olan polislər bunun qarşısını alıb.
 
Məlumatda habelə vurğulanıb ki, polislərlə sakinlər arasında yaranmış qarşıdurma nəticəsində bir neçə şəxs xəsarət alıb.
 
Facebook API failed to initialize.
 
Agentlik bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. E.Zahidov bildirib ki, Biləsuvar rayonunda bir qrup vətəndaş icra hakimiyyətinin önündə toplaşmağa cəhd edib: "Ərazidə olan polis əməkdaşları həmin vətəndaşlarla maarifləndirici söhbət aparıb və bundan sonra vətəndaşlar ərazidən uzaqlaşıb. Polisə müqavimət göstərən yalnız bir vətəndaş saxlanıb. O, polis əməkdaşına xəsarət yetirib. Bununla bağlı materiallar toplanıb araşdırma aparılır. Vətəndaşların arasında xəsarət alan olmayıb".
 
Amma bu deyilənlərə, hələlik, aksiya iştirakçılarından münasibət almaq mümkün olmayıb.
 
Məsələyə Biləsuvar Rayon İcra Hakimiyyətindən də münasibət almaq cəhdləri nəticə verməyib. /azadliq.org 
 
Google+ WhatsApp ok.ru