Biləsuvarda su qıtlığı

Biləsuvarda su qıtlığı

"Sfera.az"da isə "Biləsuvar susuzdur! – deputat çağırış etdi" sərlövhəli məqalədə deputat Bəhruz Məhərrəmov Biləsuvarda su qıtlığı yaşanmasını gündəmin müzakirəsinə çıxarıb.
 
Deputatın sözlərinə görə, bu məsələ parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib və aidiyyatı qurumlardan məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edib.
 
B.Məhərrəmov deyib ki, bu problem yerli orqanların həll edəcəyi məsələ deyil, odur ki, Biləsuvara kömək lazımdır: "Bəli, digər rayonlarda su problemi var, lakin Biləsuvarın vəziyyəti tam fərqlidir. Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da, çaylar keçir, Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur".
 
Deputat xüsusi olaraq vurğulayıb ki, əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, məsələyə Biləsuvardan başlamaq lazımdır.
 
 
 

Google+ WhatsApp ok.ru