Binəqədidə aksiya- Qadınlar yolu bağladı -FOTO

Binəqədi rayonu ərazisində yerli sakinlər yolu bağlayıb. “

Maide.az-ın aznews.az-a istinadən məlumatına görə, hadisə Zərifə Əliyeva parkının qarşısında baş verib.

Ərazidə yaşayan qadınlar aksiya keçirərək yolu bağlayıblar. Hazırda polis yolun açılmasına çalışır. Ərazidə xeyli sayda insan toplaşıb.

Qeyd edək ki, bir az öncə həmin ərazidə bir qrup yerli sakin etiraz aksiyası keçirib. Əsasən qadınların iştirak etdiyi aksiyanın hansı səbəbdən baş verdiyi məlum deyil.

“Binəqədi rayonunda polis aksiyanın qarşısını alıb”, - bunu Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən bildiriblər.

Məlumatda deyilir ki, Zərifə Əliyeva adına parkın qarşısındakı avtomobil yolu hərəkət üçün açılıb. /





 

Google+ WhatsApp ok.ru