Binə aksiyasından polisin ələ keçirmədiyi görüntülər - VİDEO

Bakının Binə qəsəbəsində, “Binə Sovxozu” kimi tanınan yeni salınmış yaşayış massivində sakinlərin yağışdan sonra bataqlığa çevrilən yollara görə küçələrə çıxması barədə xəbər vermişdik.  Minə yaxın qəsəbə sakininin qatıldığı etiraz aksiyasının yatırılması zamanı polislə qarşıdurma olmuşdu. Əlavə polis qüvvələrinin cəlb olunmasından sonra sakinlərin aksiyası sərt güc tətbiq olunmaqla dağıdılıb, həbslər aparılıb. Həmin aksiyada çəkiliş edənlərin görüntülərini polis silmişdi. Bu görüntünü etirazçılardan biri Azadlıq Radiosuna göndərib.

Google+ WhatsApp ok.ru