Binə kəndində İmam Səccadın (ə) mövlud tədbiri keçirilib

Bu gün Bakının Binə kəndində İmam Səccadın (ə) mövlud günü münasibəti ilə bayram tədbiri keçirilib. 
 
Maide.Az  xəbər verir ki, tədbirdə ruhani alimlər, Əhli-beyt məddahları və Bakı sakinləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən ruhanilər İmam Səccadın  (ə) keçdiyi həyat yolu, fəzilətləri və mübarizə yolundan danışıblar. 
 
Mövlud Əhli-Beyt məddahlarının şer və nəğmələri ilə davam edib.
 
Qeyd edək ki, may ayının 11 və 12-də də İmam Hüseyn (ə) və həzrət Abbas (ə) mövlud günləri münasibəti ilə bayram tədbirləri keçirilmişdi.
 

Google+ WhatsApp ok.ru