Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA

Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA

-- artıq yolda işlərin ikinci mərhələsinə start verilir

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb.
 
Maide.Az bildirir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub.
 
Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün.
 
A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir:
 
“Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur”.
 

Google+ WhatsApp ok.ru