Binəqədi əhalisi yollarda qalıb

Binəqədi əhalisi yollarda qalıb

-- Avtobuslar 45 dəqiqəlik yolu 2 saata gedir

Aylardır Binəqədi şossesi təmirə dayanıb.
 
Bakupost.az xəbər verir ki, yolda gedən təmir işləri səbəbindən avtobuslar dolanbac və uzun yollarla 45 dəqiqəlik yolu 1 saat 30 dəqiqəyə, bəzən daha çox müddətə qət edir, dayanacaqlara vaxtında gəlmir. Yolun noyabrın sonu təhvil veriləcəyi ilə bağlı vədlər verilsə də, dekabrın 7-dən etibarən Binəqədi şossesinin 4 yol ayrıcı olan və Rəsulzadə qəsəbəsindən Azadlıq metrosuna kimi olan hissəsi də tamamilə bağlanıb.
 
Digər yol istifadəyə verilmədən, bu yola da asfalt çəkilməyə başlanılması əhalini sözün əsl mənasında yollarda qoyub. Belə ki, Azadlıq metrosuna kimi gedən avtobuslar sərnişinləri dördyoldakı körpünün altında boşaldır. İnsanlar metroya kimi olan kilometrlərlə yolu piyada getməli olur. Həmçinin geri qayıdarkən də qayıtmağa avtobus tapılmır. Digər şəhərdaxili marşrutlar isə 20 yanvar yolu ilə gedərək, 1 saata “Vorovskiy” dairəsi deyilən yerə çatır, oradan Azadlıq prospekti ilə marşruta davam edir.
 

 

Google+ WhatsApp ok.ru