Bin Ladenin həkimini müdafiə edən vəkil sui-qəsdlə öldürülüb

Maide.az xəbər verir ki, Pakistanda Əl-Qaidə lideri Usama bin Ladenə qarşı əməliyyat təşkil olunmasında daha əvvəl MKİ-yə saxta peyvənd kampaniyası yolu ilə xüsusi xidmət etdiyi iddiasıyla mühakimə olunan Doktor Şakil Afridinin vəkili Samiullah Afridi sui-qəsd nəticəsində öldürülüb.
 
Ölkənin şimal-qərbindəki Hayber-Pakthunkva əyalətinin paytaxtı Pişavərdə Afridinin yolda gedərkən şəxsiyyəti hələ ki müəyyən edilməyən bir nəfərin silahlı hücumuna məruz qaldığı və hadisə yerindəcə öldüyü bildirilib.
 
Polis mənbələri və yaxınları tərəfindən Afridinin 3 aylıq fasilədən sonra bir neçə gün öncə ailəsinə baş çəkmək üçün Pişavərə gəldiyi deyilib.
 
Hücumu Pakistan Talibanı boynuna götürüb. Bu yaxınlarda Pakistan Talibanına yeni qoşulduğunu elan edən Camaatul Əhrar qrupunun sözçüsü İhsanullah İhsan mediaya göndərdiyi açıqlamasında Samiullah Afridiyi ABŞ agenti olduğunu iddia etdikləri Doktor Şakil Afridiyi müdafiə etdiyi üçün hədəf aldıqlarını bildirib.

Google+ WhatsApp ok.ru