Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO

Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO

Hindistan müsəlmanları Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salmanın ölkələrinə səfər etməsini etiraz yürüşü ilə qarşılayıb.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salmanın Hindistana səfərinə qarşı etiraz yürüşündə xalqın müxtəlif təbəqələri, ruhanilər, din alimləri, tələbələr və digərləri iştirak edib.
 
Etiraz yürüşünə çıxanlar "terrorizmə ölüm olsun", "qatil Bin Salmana ölüm olsun" və "sionizmə ölüm olsun" şüarları səsləndiriblər.
 
Etiraz yürüşləri Hindistanın Kargil, Heydərabad (Telengana əyalətinin paytaxtı) və Yeni Dehli şəhərlərin də də baş tutub. 
 
Qeyd edək ki, Səudiyyə şahzadəsi keçən həftənin bazar günü Pakistanda da etirazla qarşılandı.  

 

Google+ WhatsApp ok.ru