Bin Salmanla bağlı daha bir iddia:17 nəfəri ABŞ-dan qaçırıb

Bin Salmanla bağlı daha bir iddia:17 nəfəri ABŞ-dan qaçırıb

Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın 8 ştatı və Kanadada törətdikləri cinayətlər səbəbindən barələrində cinayət işi açılan 17 səudiyyəlinin həbsdən çıxması üçün rüşvət verib. Bu barədə CNN televiziyası məlumat yayıb.
 
Məlumata görə , bin Salman sözügedən şəxslərin saxta pasportlarla Birləşmiş Ştatları tərk etməsinə yardım edib.
 
Həbsdən azad edilən 20 yaşlı səudiyyəlilərdən biri Oreqan ştatında avtomobillə 16 yaşlı Amerika vətəndaşını vuraraq ölümünə səbəb olub. Səudiyyənin vəliəhd şahzadəsi tərəfindən ödənilən 100 min dollar girov müqabilində sərbəst buraxılan bu şəxs hakim qarşısına çıxmamış ABŞ-ı tərk edib. /faktxeber /
 

Google+ WhatsApp ok.ru