Bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəldi

Bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəldi

Hər iki körpənin durumu stabildir və onlar həkim nəzarəti altında saxlanılır

Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub.
 
Doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib.
 
Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.
 
Əldə olunan məlumata görə, oğlan uşağı vaxtından əvvəl dünyaya gəlib və çəkisi 2 kq 100 qramdır. Bununla belə, hər iki körpənin durumu stabil olaraq dəyərləndirilir və onlar həkim nəzarəti altında saxlanılır. (report) /

Google+ WhatsApp ok.ru