Bir neçə ölkədə Şeyx Zəkzakiyə dəstək aksiyası keçirilib

Bir neçə ölkədə Şeyx Zəkzakiyə dəstək aksiyası keçirilib

-- İngiltərə, Pakistan, Türkiyə və İsveçrədə...

Dünyanın bir neçə ölkəsində Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirilib. 
 
Maide.Az  “shia-news”-a istinadən xəbər verir ki, London İslami İnsan Haqları Komitəsinin koordinasiyası ilə və insan haqları fəallarının iştirakı ilə İngiltərə, Pakistan, Türkiyə və İsveçrədə keçirilən etiraz aksiyasında Şeyx Zəkzakinin həbsinin davam etdirilməsi pislənilib və Şeyx Zəkzakinin dərhal azadlığıa buraxılması tələb olunub. 
 
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 
 
Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində də Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. 

Google+ WhatsApp ok.ru