`Bir neçə gündür həbsxana susuz qalıb`

`Bir neçə gündür həbsxana susuz qalıb`

13 saylı Cəzaçəkmə Müəssisəsində 3 gündür su yoxdur. Suyun verilməməsi baraklarda antisanitariya vəziyyəti yaradıb.
 
Maide.Az xəbər verir ki, bu barədə Meydan TV-yə məhbus İlkin Rüstəmzadənin anası Atlas Hüseynova məlumat verib.
 
Atlas Hüseynova deyir ki, müəssisə rəhbərliyi suyun verilməməsini "Azərsu" ASC-yə olan borcları ilə əlaqələndirib.
 
Penitensiar Xidmətdən məsələni araşdıracaqlarını bildiriblər.
 
İş vaxtı bitdiyindən "Azərsu" ASC-dən münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə şəxsi nömrəsinə cavab verməyib.(meydantv)
 

Google+ WhatsApp ok.ru