Bir ailənin dörd üzvü zəhərləndi

Bir ailənin dörd üzvü zəhərləndi

Bakıda bir ailənin 4 üzvi zəhərlənib.
 
Səhiyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəm qazından zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma 05:02-də məlumat daxil olub.
 
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları dəm qazından zəhərlənib.
 
Azyaşlılardan 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.
 
Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar. 
 
 
 
 

Google+ WhatsApp ok.ru