Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb.
 
Maide.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib.
 
Bildirilib ki, İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.
 
Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanılır.
 
Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir: 

Google+ WhatsApp ok.ru