Bir gündə 3 nəfər hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda tikintidə faciə baş verib.
 
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektindəki yeni inşa edilən binalardan birində qeydə alınıb. Şəhər sakini 1960-cı il təvəllüdlü Şahbaz Ələm oğlu Sadıqov fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan kişi hadisə yerdindəcə dünyasını dəyişib.
 
Bənzər hadisə Bakıda da qeydə alınıb. Ağdam rayon sakini Nicat Mehdiyev Səbail rayonu ərazisində usta işlədiyi yeni inşa edilmiş binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
 
Üçüncü hadisə də paytaxtda baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Telman Mustafayev evinin damında təmir işləri apararkən yıxılaraq xəsarət alıb. O xəstəxanaya yerləşdirilib və orada ölüb.
 
Bütün faktlarla bağlı müvafiq rayonların prokurorluqlarında cinayət işi açılıb, araşdırmalar aparılır.  anspress /

Google+ WhatsApp ok.ru