Bir gündə 70 xaçpərəst tələbə dərsə hicabda gəldi

Bir gündə 70 xaçpərəst tələbə dərsə hicabda gəldi

Bu həftə Prins-Corc şəhərinin qadın sakinləri ilk dəfə olaraq başlarına hicab örtdülər və özlərini müsəlman qadınların yerində hiss etdi.
 
Kanadanın Prins-Corc şəhərinin UNBC universitetində “Hicab günü” tədbiri baş tutub. Yerli müsəlman tələbələr hicab və şərflərlə dolu yeşik hazırlayaraq, universitetin hicabsız müsəlman və qeyri-müsəlman xanım tələbələrinə bir gün onları geyinməyə dəvət edib. Təklifi 70-ə qədər xanım qəbul edib.
 
“Mən müsəlman deyiləm və hicabı indicə başqa bir tələbə xanımın köməyilə geymişəm” – deyən Prins-Corcun yerli sakini Dara Kəmpbell daha sonra əlavə edib: “Hicab ətrafında çoxlu əfsanə və yalanlar dolaşır. Biz isə xanımların seçiminə anlayışla yanaşmalıyıq”.
 
Sosiologiya fakultəsinin tələbəsi Modupe Abioye isə hicabı mühazirəyə girməmişdən əvvəl geyib. “Belə geyinmək cəsarət tələb edir. Sən nəzərə çarpırsan, adamlar baxır. Bəziləri suallar verir... Lakin insanlar başlarına örtdüklərinə görə mühakimə edilməməlidir”.
 
Tələbə Anna Sayenz isə hicab barədə belə deyib: “O, həqiqətən də əladır. Onun haqqında nə qədər çox öyrənirsən, ondan qorxun bir o qədər azalır”.
 
Müsəlman Mariya Əmir – öz fakultəsində yeganə hicablı xanımdır. Lakin həmin gün mühazirədə onun ətrafında onlarla başörtülü yoldaşları var idi. Onların hamısı “Hicab günü”ndə iştirak edirdi. “Ətrafda o qədər (hicab taxmış) adam var. Bu, həqiqətən də sevindiricidir”.
 
Qeyd edək ki, "Ümumdünya Hicab Günü" 2013-cü ildə təsis edilib və hər il dünyanın 140 ölkəsində keçirilir. Həmin gün qeyri-müsəlman və hicabsız müsəlman xanımlara bir gün ərzində hicabda gəzmək təklif olunur. "Ümumdünya Hicab Günü"ndə məqsəd hicablı müsəlman xanımlarla həmrəylik əlaməti olaraq, bütün dünya xanımlarını hicab geyməyə və ən azı təcrübə etməyə həvəsləndirməkdir. Belə ki, təşkilatçılar bu tədbir vasitəsilə digər din və dünyagörüşü daşıyıcılarının hicablı xanımları daha yaxşı anlamalarına və müsəlmanlarla daha da yaxınlaşmalarına kömək etmək istəyir. Hər il "Ümumdünya Hicab Günü"ndə bütün dünya üzrə qadınlardan 10 milyondan artıq könüllü iştirak edir. (shia-news) /
 
 

Google+ WhatsApp ok.ru