Bir gündə 6 adam batıb, 13 nəfər isə...

Bir gündə 6 adam batıb, 13 nəfər isə...

Fövqəladə Hallar Nazirliyinin «112 qaynar xətti»nə iyulun 28-də qeyri-çimərlik ərazilərində 6 nəfərin suda batması ilə bağlı məlumat daxil olub.
 
Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir: «Bakı şəhərinin Sabunçu rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4, Xəzər rayonunda qeyri-çimərlik ərazidə 1 və Abşeron rayonunda qeyri-çimərlik ərazidə 1 nəfər suda batıb».
 
Məlumatda habelə vurğulanır ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.
 
Nazirliyin bir başqa açıqlamasında isə Xəzərin Azərbaycana aid sularında batma təhlükəsi ilə üzləşən 13 nəfərin (onlardan 2-si xarici ölkə vətəndaşıdır) xilas olunduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru